ABŞ-da Paşinyanın istefası tələb olundu

 ABŞ-da Paşinyanın istefası tələb olundu
  21 Dekabr 2020    Oxunub:1303
Amerika erməniləri Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhinə etiraz aksiyası keçiriblər.
Azvision.az xəbər verir ki, bir qrup erməni Kaliforniya ştatının Qlendeyl şəhərində aksiya təşkil edərək Paşinyanın istefasını tələb edib.

Etirazçılar Ermənistan konsulluğunun qarşısına gələrək binanın girişinə 44 günlük müharibədə öldürülmüş hərbçilərin şəkillərini və Paşinyanın əleyhinə olan şüarlar yapışdırıblar. Şüarlar “Nikol satqındır”, “Nikol həbs edilməlidir” və s. aqressiv çağırışlardan ibarət olub.



Tural Tağıyev
Azvision.az


Teqlər: Etiraz   Amerika-erməniləri   Nikol  





Xəbər lenti