Castin Trüdo peyvənd olunacağını açıqladı

Castin Trüdo peyvənd olunacağını açıqladı
  21 Dekabr 2020    Oxunub:1241
Kanadanın Baş naziri Castin Trüdo koronavirusa qarşı peyvənd olunacağını bildirib.
Azvision.az xəbər verir ki, Baş nazir “Növbəm çatanda böyük məmnuniyyətlə mən də peyvəndlənəcəyəm”, - deyib.

Onun sözlərinə görə, peyvəndin səhhətinə hansısa formada əlavə təsir edəcəyindən narahat deyil. Çünki elm adamları və həkimlərə etibar edir.

“Biz illərlə bu şəxslərə inanmışıq. Onlar bizi qrip və digər viruslardan qoruyublar. İlk gündən həmin şəxslərə etibar edirik”,- deyə Baş nazir bildirib.

Trüdo, həmçinin qeyd edib ki, ilk olaraq həkimlər, sosial işçilər və digər risk altında olan vətəndaşlar peyvənd olunacaqlar.

Qeyd edək ki, Kanadaya koronavirus əleyhinə olan vaksinin ilk partiyası dekabrın 13-də gətirilib. Тrüdo o zaman bildirmişdi ki, virusu 2021-ci ildə məğlub etmək mümkün olacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Vaksin   Kanada   Trüdo  





Xəbər lenti