20 ölkə Britaniya ilə əlaqələri kəsdi
Azvision.az xəbər verir ki, bu ölkələrdən 14-ü Avropa İttifaqının üzvüdür. Onlar Böyük Britaniyada təhlükə yaradan yeni virus növünün aşkarlanmasından sonra bu qərarı veriblər.
Fransa İngiltərəyə olan bütün daşımaları 48 saatlıq dayandırıb. İsveç ziyarətçilərin ölkəyə girişinə qadağa qoyub, Yunanıstan yeddi günlük karantin tətbiq edib. Həmçinin, İspaniya Birləşmiş Krallıqdan gələnlərə nəzarəti sərtləşdirib.
Hazırda İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya da Londona uçuşları dayandırıb. Avropa İttifaqı ölkələrindən əlavə, Türkiyə, Kanada, Argentina rəhbərliyi də hava nəqliyyatını dayandırmaq barədə qərar qəbul ediblər. Səudiyyə Ərəbistanı isə sərhədlərini bir həftəlik bağlayaraq bütün beynəlxalq reysləri təxirə salıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Virus Böyük-Britaniya Nəqliyyat