Ermənistanda polislə etirazçılar arasında toqquşma - VİDEO

Ermənistanda polislə etirazçılar arasında toqquşma -   VİDEO
  21 Dekabr 2020    Oxunub:2048
Bu gün Ermənistanın Syunik bölgəsində polislə yerli sakinlər arasında toqquşma baş verib.

Azvision.az xəbər verir ki, bundan öncə hökumət 2000 polis əməkdaşını Syunik sakinlərinin etiraz aksiyası keçirəcəyini nəzərə alaraq bölgəyə köçürmüşdü.
Erməni KİV-lərinin yaydığı məlumata görə, xeyli sayda polisin olduğu xüsusi avtobuslar əraziyə gələrək şəhər sakinlərinin hərəkətinə mane olublar. Etirazçılar hökumətə, baş nazir Nikol Paşinyana qarşı şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları polisin bağladığı yolu açıb irəliləməyə çalışarkən toqquşma baş verib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Toqquşma   Ermənistan   Etiraz  





Xəbər lenti