Moskvada daha 75 nəfər koronavirusdan öldü

Moskvada daha 75 nəfər koronavirusdan öldü
  21 Dekabr 2020    Oxunub:1170
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 75 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Bununla paytaxtda pandemiya qurbanlarının sayı 10 469 nəfərə çatıb.

Moskvada indiyədək 735 900 yoluxma halı qeydə alınıb, 567 mindən çox pasiyent sağalıb.

Azvision.az


Teqlər: Moskva   Koronavirus   Pandemiya  





Xəbər lenti