Türkiyə 4 ölkə ilə uçuşları dayandırdı

   Türkiyə 4 ölkə ilə uçuşları dayandırdı
  21 Dekabr 2020    Oxunub:1788
Türkiyə hökuməti Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrikadan uçuşların müvəqqəti dayandırılmasına qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Bildirib ki, Böyük Britaniyada koronavirusun yeni ştammının aşkarlanması və yoluxma sürətinin artması hökuməti belə bir qərar verməyə vadar edib.

"Prezidentimizin göstərişi və Nəqliyyat və İnfrastruktur Nazirliyinin koordinasiyası ilə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrikadan ölkəmizə uçuşların dayandırılmasına qərar verildi".

Azvision.az



Teqlər: Türkiyə   virus  





Xəbər lenti