Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat edib

   Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat edib
  21 Dekabr 2020    Oxunub:2659
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kocaeli vilayətinin Başiskele mahalında yaşayan qardaşı oğlu Əhməd Ərdoğan 73 yaşında koronavirusdan dünyasını dəyişib.
Azvision.az “Hürriyet”ə istinadən xəbər verir ki, Əhməd Ərdoğan koronavirus testinin müsbət cavabı çıxdıqdan sonra Kocaeli Dövlət Xəstəxanasında müalicə alırdı.

Reanimasiyaya yerləşdirilən Ə.Ərdoğan tənəffüs aparatına qoşulmuşdu. Göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, o, axşam saatlarında xəstəxanada vəfat edib.

Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti