London boşalır: Sərt karantinə görə əhali şəhəri tərk edir

      London boşalır:    Sərt karantinə görə əhali şəhəri tərk edir
  21 Dekabr 2020    Oxunub:4105
Londonda yeni tip koronovirusla bağlı karantin qaydalarının sərtləşdirilməsindən sonra əhali kütləvi şəkildə şəhəri tərk etməyə başlayıb.
Azvision.az “Daily Mail”ə istinadla xəbər verir ki, şəhərə giriş-çıxışlarda, həmçinin Londonu ölkənin digər hissələrilə birləşdirən avtomagistrallarda, vağzallarda böyük tıxaclar yaranıb.
Son sutkada 2 nəfər koronavirusa yoluxub

“Brexit” partiyasının lideri Naycel Fərəc baş verənləri 80 il əvvəl İkinci Dünya Müharibəsinin əvvəlində yaşananlarla müqayisə edib: “Hökumət 1939-cu ildən bəri ilk dəfə olaraq Londondan kütləvi təxliyəyə nail oldu. Bu münasibətlə baş naziri və nazirlər kabinetinin ekspertlərini təbrik edirəm!”

Qeyd edək ki, dünən baş nazir Boris Conson koronovirusun yeni ştammının yayılması ilə bağlı Londonda və İngiltərənin cənub-şərqində infeksiyanın yayılmasının dördüncü (maksimal) səviyyəsini elan edərək, sərt karantinin tətbiq edildiyini açıqlayıb.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Koronavirus   Ştamm  





Xəbər lenti