Türkiyədə koronavirusdan daha 246 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 246 nəfər ölüb
  21 Dekabr 2020    Oxunub:1091
Türkiyədə son sutka ərzində 246 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 20 316 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 18 097, virusa yoluxanlar isə 2 024 601 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 800 286 pasiyent (son sutkada 21 218 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az




Teqlər: Türkiyə   virus  





Xəbər lenti