Rusiyada COVID-19 qurbanlarının sayı artdı

Rusiyada COVID-19 qurbanlarının sayı artdı
  20 Dekabr 2020    Oxunub:1106
Rusiyada son sutka ərzində koronavirusa 28 948 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 848 377 nəfərə çatıb.

Rusiyada son sutkada 511 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 50 858 nəfərdir. İndiyədək 2 275 657 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az




Teqlər: Rusiya  





Xəbər lenti