Paşinyan mühafizəçilərinin sayını artırdı
“Yürüşdə baş nazirlə yanaşı Parlamentin sədri Ararat Mirzoyan, hökumət üzvləri, qubernatorlar, deputatlar da aktiv iştirak ediblər. Nikol Paşinyan hökumət binasını böyük sayda mühafizəçilərin müşayəti ilə tərk etdi. Onun yanında böyük qızı Məryəm Paşinyan var idi”.
Xatırladaq ki, səhər sosial şəbəkələrin erməni seqmentində hökumətin yürüş iştirakçılarının sayını artırmaq, baş nazirin tərəfdarlarının çox olduğunu göstərmək üçün müəyyən vasitələrə əl atması barədə foto və videolar paylaşılırdı. İddia edilirdi ki, dövlət qurumlarının işçilərini- Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polisləri, mülki geyimli hərbi qulluqçular toplamaq üçün ölkənin hər yerinə xüsusi avtobuslarla göndərilib və onlar toplanaraq yürüş yerinə gətiriliblər. Bundan əvvəl isə ölən hərbçilərin yaxınları, saat 11-də Yerablurda toplaşmışdılar. Onlar Paşinyanın Yerablura girməsinə mane olacaqlarını deyərək baş nazirin müharibə qurbanlarının xatirəsini ləkələmək haqqının olmadığını demişdilər.
Tural Tağıyev
Azvision.az
Teqlər: Paşinyan Anım Yürüş Etiraz