Bərdəyə edilən raket hücumu “Time” jurnalının 100 fotosunda

   Bərdəyə edilən raket hücumu “Time” jurnalının 100 fotosunda
  19 Dekabr 2020    Oxunub:3426
“Time” jurnalı 2020-ci ilin ən yaxşı 100 fotosunu müəyyən edib.
Azvision.az xəbər verir ki, jurnal ənənəvi olaraq hər ilin ən yaxşı fotolarını seçir. Bu il seçilən fotolarda dünyada baş verən hadisələr, koronavirus pandemiyasında əziyyət çəkən insanlar və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumları nəticəsində həlak olan mülki şəxsin fotosu da var.

Foto da Bərdədə şəhid olan Fuad İsmayılovun əli bacısı tərəfindən öpülür.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə etdiyi raket hücumları nəticəsində 27 nəfər dünyasını dəyişib, 70 nəfərdən artıq mülki şəxs yaralanıb.




Azvision.az


Teqlər: Jurnal   Bərdə  





Xəbər lenti