ABŞ Rusiyadakı son iki konsulluğunu bağlayır

   ABŞ Rusiyadakı son iki konsulluğunu bağlayır
  19 Dekabr 2020    Oxunub:951
ABŞ Dövlət Departamenti Vladivostokdakı konsulluğu həmişəlik bağlamaq və Yekaterinburqdakı diplomatik nümayəndəliyin işini dayandırmaq niyyəti barədə Konqresə bildiriş göndərib.
Azvision.az xəbər verir ki, bildiriş 10 dekabr tarixində göndərilib. Ehtimal olunur ki, Rusiyada fəaliyyət göstərən son iki konsulluğun bağlanması, 2017-ci ildə tətbiq olunan rus və amerikalı diplomatların işindəki qarşılıqlı məhdudiyyətlərlə əlaqəli ola bilər.

İki konsulluğun bağlanmasından sonra ABŞ-ın Rusiyadakı yeganə diplomatik nümayəndəliyi Moskvadakı səfirlik olacaq.

Azvision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti