"Bir millət olaraq kabus yaşayırıq"- Nikol Paşinyan

   "Bir millət olaraq kabus yaşayırıq"-   Nikol Paşinyan
  19 Dekabr 2020    Oxunub:1799
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün xalqa videomüraciət edib.
Azvision.az xəbər verir ki, o müharibənin yaratdığı ağır durum barədə və digər ictimai-siyasi proseslərdən danışıb. Paşinyan müraciətinin girişində deyib:

“Əziz xalqım, əziz həmvətənlər! Artıq İkinci Qarabağ müharibəsinin dayandırılmasından 40 gün keçir. Bu müharibənin bizim üçün ciddi nəticələri oldu. Bir çox insanlarımız döyüşlərdə öldürüldü ki, nəticədə də Ermənistanda üç günlük matəm elan olundu.

Son 84 gün, xalqımız üçün ən ağır günlərdən oldu. Bir millət olaraq kabus yaşadıq və yaşayırıq da. Bəzən xəyallarımızın, bəzən isə nikbinliyimizin uğursuz olduğu görünür.Bütün bunların nəticəsi olaraq böyük bir sual yaranıb- bundan sonra nə edəcəyik, bundan sonra necə yaşayacağıq və hədəflərimiz nə olacaq?
Əlbəttə ki, ilk gündən baş verənlərə görə bütün məsuliyyəti öz üzərimə götürmüşəm”.

Paşinyan həmçinin deyib ki, gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamaq lazımdır.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Videomüraciət   Kabus   Müharibə  





Xəbər lenti