Dünyada koronavirusa yoluxma kəskin artır

Dünyada koronavirusa yoluxma kəskin artır
  19 Dekabr 2020    Oxunub:1020
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 76 milyon 13 min 74 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 681 min 249 nəfərdir.
İndiyədək 53 milyon 281 min 606 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti