Koronavirusa yoluxan Makron səhhətindən danışıb

Koronavirusa yoluxan Makron səhhətindən danışıb
  19 Dekabr 2020    Oxunub:1271
Fransanın koronavirusa yoluxan prezidenti Emannuel Makron səhhətindən danışıb.
Azvision.az xəbər verir ki, Fransa lideri Twitter hesabına yerləşdirdiyi videoda baş ağrılarının olduğunu və özünü yorğun hiss etdiyini deyib.

"Sizi sakitləşdirmək istəyirəm, yaxşıyam. Dünənki kimi simptomlarım var, yəni yorğunluq və baş ağrısı davam edir",-deyə Makron bildirib. O, Baş nazir ilə təmasda olduğunu və cari işləri idarə etməyə davam etdiyini qeyd edib.

Azvision.az



Teqlər: Fransa   Makron   virus  





Xəbər lenti