"Monitorinq Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq" - Mövlud Çavuşoğlu

   "Monitorinq Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq" -    Mövlud Çavuşoğlu
  17 Dekabr 2020    Oxunub:3641
Ermənistan son günlər cəbhə bölgəsində təxribatlar törədib və Azərbaycan tərəfindən layiqli cavabını alıb.

Azvision.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin TV 24 telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər Ermənistan vəziyyəti düzgün dəyərləndirsə işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsindən sonra başlanan nizamlanma prosesindən bu ölkə də faydalanacaq:

"Azərbaycan Ordusunun savaş meydanında qazandığı zəfər sayəsində bölgədə yeni münasibətlər mərhələsinin əsasları yaranıb. Türkiyə mövcud vəziyyətin uzunmüddətli sülhə və inkişafa çevrilməsi üçün bundan sonra da əlindən gələni edəcək. Mövcud atəşkəsin qorunmasına nəzarət məqsədilə Türkiyə və Rusiyanın birgə fəaliyyət göstərəcəyi Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq".

Azvision.az


Teqlər: Türkiyə   Qarabağ  





Xəbər lenti