Azərbaycanda bir ailənin faciəsi

Azərbaycanda bir ailənin faciəsi
  24 Mart 2013    Oxunub:1849
Cəlilabadda dəhşətli yanğın və qətl hadisəsi baş verib.
Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 33 kv.m sahədə yanıb.

AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibinin nəvəsi 2011-ci il təvəllüdlü Quliyeva Mədinə Məzahir qızının yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə isə, hadisə martın 24-ü saat 2.00 radələrində baş verib.

Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Nahidə Mirzəbala qızı Quliyeva, onun iki azyaşlı qızı - 2009-cu il təvəllüdlü Mədinə Məzahir qızı Quliyeva və 2011-ci il təvəllüdlü Nuray Məzahir qızı Quliyeva naməlum şəxs və ya şəxslər tərəfindən iti alətlə boğaz nahiyələrindən xəsarət yetirilməklə öldürülüblər. Qətldən sonra ev yandırılıb.

Qoşular və yanğınsöndürənlər Nahidə Quliyeva və Nuray Quliyevanın meyitlərini evdən çıxara bilsələr də, Mədinənin meyiti yanaraq tanınmaz vəziyyətə düşüb.

Qeyd edək ki, N. Quliyevanın həyat yoldaşı, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyev ailəsindən ayrılıb, hazırda ayrı yaşayır.

Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.




Teqlər:  





Xəbər lenti