KİV: Paşinyan erkən seçkilərə gedir

  KİV:  Paşinyan erkən seçkilərə gedir
  09 Dekabr 2020    Oxunub:1440
“Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda iş adamları ilə ayrı-ayrılıqda görüşlər zamanı erkən parlament seçkilərinə hazırlaşmağın lazım olduğuna işarə edib.
Azvision.az əbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məlumatda deyilir ki, Paşinyan onları seçkilərə birlikdə getməyə çağırıb.

“Müxalifət və iqtidar eyni vaxtda erkən seçki keçirməyi planlaşdırır, ancaq siyasi hakimiyyət hələ bunu səsləndirmək istəmir. Bir gün əvvəl, Respublika partiyasının elitası müzakirə aparıb, görüşdə may-iyun aylarında erkən parlament seçkilərinin keçiriləcəyi və buna fəal şəkildə hazırlaşmaq lazım olduğu açıqlanıb. Demək olar ki, Paşinyan qapalı iclaslarda erkən parlament seçkilərinin həmin dövrdə keçirilməsindən danışır. İş adamları ilə görüşlərdə erkən parlament seçkilərinə hazırlaşmağın lazım olduğuna eyham vurdu və onları seçkilərə birlikdə getməyə çağırdı”, - deyə qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Parlament   Paşinyan   Seçki  





Xəbər lenti