Fransa və Türkiyə XİN rəhbərləri danışıqlar aparıb

Fransa və Türkiyə XİN rəhbərləri danışıqlar aparıb
  09 Dekabr 2020    Oxunub:934
Türkiyə və Fransanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Jan-İv Le Drian arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

XİN rəhbərləri ikitərəfli əlaqələr, həmçinin Türkiyə ilə Avropa İttifaqı arasındakı qarşılıqlı münasibətləri əhatə edən müxtəlif məsələləri müzakirə ediblər.

Məlumatda vurğulanıb ki, Paris və Aİ Ankaradan tərəflər arasında "konstruktiv əlaqələrin bərpası üçün zəruri şərt" olan açıqlamalar gözləyir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Fransa   Paris  





Xəbər lenti