Moldovanın baş naziri koronavirusa yoluxdu

Moldovanın baş naziri koronavirusa yoluxdu
  09 Dekabr 2020    Oxunub:1135
Moldovanın Baş Naziri İon Kiku koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Boris Xarya bildirib.

Onun sözlərinə görə, COVID-19 virusu üçün xarakterik olan bəzi simptomların ortaya çıxması səbəbindən Baş Nazir İon Kiku müvafiq testdən keçib: "Testin nəticəsi müsbətdir. Baş Nazir vəzifələrini məsafədən icra etməyə davam edəcək".

Azvision.az


Teqlər: Baş-Nazir   Koronavirus  





Xəbər lenti