Millimiz yenə qələbəsiz qaldı

Millimiz yenə qələbəsiz qaldı
  23 Mart 2013    Oxunub:1997
Dünya çempionatı-2014-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan millisi bu gün qrupda beşinci oyununa, 2013-cü ildə isə ilk rəsmi matçına çıxıb.
Millimizin budəfəki rəqibi qrup sonuncusu - Lüksemburq yığması olub. 2:1 hesabı ilə bitən yoxlama oyunundan sonra bu dəfə millimiz seçmə mərhələdəki qələbəsiz oyunlar seriyasını davam etdirib - 0:0.

Qeyd edək ki, bu gün F qrupunda daha bir görüş baş tutub. Turun mərkəzi oyunu Təl-Əvivdə DÇ-2014-ün final mərhələsinə düşmək uğrunda mübarizə aparan qrup ikincisi və üçüncüsü – İsrail və Portuqaliya milliləri arasında olub. Bu oyunda qalib müəyyənləşməyib. Şimali İrlandiya - Rusiya oyunu isə güclü qar yağdığı üçün təxirə düşüb.

23.15. Lüksemburq – Azərbaycan - 0:0

Hakimlər: Padraigh Sutton, Mark Gavin, Dermot Broughton, Neil Doyle

Lüksemburq: 1. Jonatan Jobert, 4. Erik Hoffman, 5. Tom Şnell, 18. Yans Laurent, 19. Matias Yansen, 13. Aurelien Yoahim, 23. Stefano Bens, 9. Deniel Da Mota, 16. Kris Filips, 17. Mario Muts, 22. Lars Qerson

Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 8. Pərdis Fərcad Azad, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 22. Əfran İsmayılov



Teqlər:





Xəbər lenti