Bakıda binanın şaxtasına düşən şəxs xilas edilib

Bakıda binanın şaxtasına düşən şəxs xilas edilib
  01 Dekabr 2020    Oxunub:1951
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki şəhərində 1 nəfərin binanın şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fəaliyyət göstərməyən dördmərtəbəli binanın sonuncu mərtəbəsində olarkən ehtiyatsızlıqdan binanın şaxtasına düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın şaxtadan çıxarılmasını təmin ediblər. Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Lift  





Xəbər lenti