Avtomobil bazarında alıcı böhranı

  07 Fevral 2014    Oxunub : 535
Avtomobil bazarında alıcı böhranı
Lənkəran avtomobil bazarında son vaxtlar durğunluq yaşanr. Satıcılar alıcı qıtlığının olmasını banklar tərəfindən avtokreditlərin dayandırılması ilə əlaqələndirirlər.

AzVision.az CTV-yə istinadən xəbər verir ki, uzun illərdir avtomobil satıcısı olan Elburuz Məhərrəmov deyir ki, iki aya yaxındır alıcı qıtlığı davam edir. Onun sözlərinə görə, banklar tərəfindən avtokreditin verilməsinin dayandırılması ilə vəziyyət daha da pisləşib. Satıcı Elburuz Məhərrəmov bildirir: "Kreditlər bağlanandan, demək olar, iki dənə maşın satmışıq ya satmamışıq. Hər növ tipli avtomobillərimiz var. Hər bir çeşiddə avtomobillərimiz var, amma satış zəifdi. 80 faiz-90 faiz, demək olar ki, kreditlə alverimiz olardı. İndi, demək olar ki, yoxdu.

Aprel ayından tətbiq olunacaq Avro-4 standartlarına da aydınlıq gətirən Elburus Məhərrəmov qeyd etdi ki, bu onların işini bir az da çətinləşdirəcək. Səbəb isə tələblərə cavab verən avtomillərin qiymətinin 2 dəfə artma ehtimalıdır. “Alman maşınları 2005-dən yuxarı gələcək, o da bizim ziyanımızadır. Yəni bizim satdığımız maşın indi bu dəqiqə 2000-2001-ə qədərdi. Camaatı da nəzərə almaq lazımdı ki, 2005-dən yuxarı gələcək maşınlar, demək olar ki, 30 min, 35 min dəyərində olacaq ki, bu da bizə heç sərf edəcək variant deyil. Koreya maşınları 2006-dan yuxarı, yapon maşınları 2010-2011-dən yuxarı gələcəklər. Bunlar da, demək olar ki, sərf edən bir variant deyil. Yəqin ki, onda da alver bir az da zəyifləşəcək”.

Avtomobil satışını həyata keçirən digər avtosalonlarda da analoji vəziyyətdən narahatlıq ifadə olundu. Bildirildi ki, alıcılıq qabiliyyətinin, demək olar ki, olmaması onları fəaliyyətlərini dayandırmaq təhükəsi ilə üz-üzə qoyub.
Satıcılar Şəhriyar Məmmədli və Höccət Əliyev da vurğuladılar ki, alıcılıq qabilliyyəti bugünkü gün çox zəifdi. Bu da ondan asılıdır ki, kredit şərtləri ağırlaşması və avtomobi kreditinin qətiyyən dayandırılmasıdır. Ona görə ki, alıcılıq qabiliyyəti heç yoxdu, sıfra bərabərdir. Nağd kredit olan vaxtı 99 faiz maşınların kreditlə satışı olurdusa, 6-7 dənə ay ərzində satılırdı. İndi isə 2 aya yaxındır ki, kredit dayanandan avtomobilə yaxın düşən yoxdur.

Ümidləri yalnız nağd satışa qalan satıcıların tək əlacı havaların istiləşməsini gözləməkdi.

Teqlər: