BQXK prezidenti: “200 cəsəd mübadilə olunub”

 BQXK prezidenti:  “200 cəsəd mübadilə olunub”
  17 Noyabr 2020    Oxunub:2230
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Qarabağ münaqişəsi tərəflərinin artıq 200 cəsədin mübadiləsini həyata keçirdiyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə BQXK rəhbəri bu barədə "RİA-Novosti"yə açıqlamasında bildirib.

Maurer təşkilatın bu istiqamətdə səylər göstərməyə davam edəcəyini deyib. Onun sözlərinə görə, BQXK-nın Dağlıq Qarabağdakı prioritetləri köçkün əhaliyə kömək etmək, cəsədləri yerlərdən çıxarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün hərbi əsirləri ziyarət etməkdir.

"Ölənlərin cəsədlərinin mübadiləsi ilə əlaqədar olaraq, Rusiya sülhməramlılarının və BQXK-nin iştirakı ilə tərəflərin cəsədləri çıxarmağa və onları dəyişdirməyə başladıqlarını bildirməkdən məmnunam. Son məlumatlara görə, artıq 200 cəsəd mübadiləsi aparılıb. Səy göstərməyə davam edəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti