“Fərarilik elə kütləvi olub ki, həbsxanalarda yer çatmayacaq” - Erməni general

“Fərarilik elə kütləvi olub ki, həbsxanalarda yer çatmayacaq” -  Erməni general
  17 Noyabr 2020    Oxunub:10759
Ön cəbhədən fərarilik elə kütləvi olub ki, hamıya Ermənistan həbsxanalarında yer çatmayacaq.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq hərbi komissarı, general-mayor Levon Stepanyan deyib.

Stepanyan bəyan edib ki, özünün hərbi komissar işlədiyi 90-cı illərdə səngərdən qaçanlar ciddi cəzalandırılırdı: “İndi isə əsgərlər yüksək vəzifəli yaxınlarının köməyi ilə xidmətdən yayınır. Təkcə fərarilər deyil, onlara kömək edənləri məsuliyyətə cəlb etmək lazımdır. Amma bu qədər fərarini yerləşdirmək üçün həbsxanalarda yer qalmayacaq”.

Erməni general əlavə edib ki, heç kim bağışlana bilməz.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LevonStepanyan  





Xəbər lenti