Paşinyan iqamətgahını dəyişir

Paşinyan iqamətgahını dəyişir
  17 Noyabr 2020    Oxunub:1444
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Baqramyan 26 prospektində yerləşən iqamətgahına köçməyə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

Qeyd edilib ki, orada təhlükəsizliyi təşkil etmək daha asandır, bununla yanaşı hökumət binasını təmir etmək qərara alınıb: "9 noyabr hücumundan sonra hökumət binasının əmlakına bir qədər ziyan dəyib və bu, Baqramyana köçmək üçün əlverişli bəhanədir. Qanuna görə, həmin iqamətgah Ermənistan prezidenti və baş nazirinin birgə istifadəsindədir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti