İran Qarabağ razılaşmasını alqışlayır
"İran, Rusiyanın Azərbaycan və Ermənistan arasındakı vasitəçilik rolunu və atəşkəsi alqışlayır. İki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsi və bütün vətəndaşların hüquqlarını təmin etməsi zərurətini vurğulamağa davam edirik".
Onun fikrincə, münaqişə tərəfləri beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoya bilər. Vaezi, razılaşmanın həyata keçiriləcəyinə ümid etdiyini də bildirib.
Pərvanə Sultanova
Azvision.az