Koronavirusa yoluxanların sayı 50 milyona çatır

 Koronavirusa yoluxanların sayı 50 milyona çatır
  07 Noyabr 2020    Oxunub:1425
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 49 milyon 667 min 748 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 248 min 780 nəfərdir.

İndiyədək 35 milyon 254 min 736 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti