Türkiyə xüsusi təyinatlıları PKK terrorçularını məhv etdi

Türkiyə xüsusi təyinatlıları PKK terrorçularını məhv etdi
  07 Noyabr 2020    Oxunub:1570
Türkiyənin xüsusi təyinatlı qüvvələri Şimali İraq və Suriyada iki PKK terrorçusunu məhv edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular İraqın Avaşin-Basyan rayonunda və Suriyada "Sülh bulağı" əməliyyatı zonasında məhv edilib.

Silahlıların koordinatları kəşfiyyat məlumatları əsasında təyin olunub. Hazırda hər iki istiqamətdə antiterror əməliyyatları davam edir.

Azvision.az


Teqlər: PKK   Terror  





Xəbər lenti