ATƏT ABŞ-dakı seçkilərə qiymət verdi

 ATƏT ABŞ-dakı seçkilərə qiymət verdi
  05 Noyabr 2020    Oxunub:1650
ATƏT-in müşahidəçiləri ABŞ-dakı prezident seçkilərinin rəqabətlilik şəraitində keçdiyini, yaxşı təşkil edildiyini, lakin sıx ritorika ilə müşayiət olunduğunu bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in qısa müddətli müşahidəçi missiyasının rəhbəri Maykl Link bildirib.

“3 noyabrda keçirilən ümumi seçkilərdə hüquqi qeyri-müəyyənliklər və maddi-texniki problemlərə baxmayaraq, proses rəqabətli və yaxşı təşkilatçılıqla keçib. Çoxqütblü bir siyasi mühitdə aqressiv kampaniya ritorikası gərginliyi artırdı", - deyə Link əlavə edib.

Xatırladaq ki, ABŞ-da keçirilmiş 59-cu prezident seçkilərinin ilkin nəticələrinə görə, hazırkı ölkə rəhbəri Donald Tramp 214, demokrat Cozef bayden isə 264 səs toplayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti