İranda COVID-19-dan ölənlərin sayı artdı

İranda COVID-19-dan ölənlərin sayı artdı
  04 Noyabr 2020    Oxunub:2854
İranda son sutka ərzində 419 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 36 579 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 8452 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 646 164-ə yüksəlib.

Məlumatda, həmçinin 5426 nəfərin ağır vəziyyətdə olduğu, 500 400 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti