Ötən həftə rekord sayda yoluxma qeydə alınıb

  Ötən həftə rekord sayda yoluxma qeydə alınıb
  04 Noyabr 2020    Oxunub:1872
Ötən həftə dünyada yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ötən həftə ərzində 3,3 milyon nəfər COVID-19 infeksiyasına yoluxub. Yoluxma hallarında artım əsasən Avropada müşahidə edilib. Bundan əlavə dünya üzrə koronavirusdan ölüm hallarında da artım olub.

Hazırkı dövrədək dünya ölkələri üzrə koronavirusa 47 milyon nəfər yoluxub, onlardan 34 milyonu sağalıb, 1,2 milyon pasiyent isə vəfat edib.

Azvision.az


Teqlər: ÜST   Koronavirus   Pandemiya  





Xəbər lenti