Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  04 Noyabr 2020    Oxunub:2151
Türkiyədə son sutka ərzində 79 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 2343 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 10 481, virusa yoluxanlar isə 382 118 nəfərə çatıb.

Türkiyədə indiyədək 328 824 pasiyent (son sutkada 1817 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti