İzmirdə ölənlərin sayı 114 nəfərə çatıb - YENİLƏNİB

İzmirdə ölənlərin sayı 114 nəfərə çatıb -  YENİLƏNİB
  04 Noyabr 2020    Oxunub:3837
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 114 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, təbii fəlakət zamanı 114 nəfər həlak olub, 1035 nəfər xəsarət alıb.

***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 111 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hazırda xəstəxanalarda zəlzələdə xəsarət alan 137 nəfərin müalicəsi davam etdirilir.

***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 110 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 1027 nəfərdir. İndiyədək 883 nəfər evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanalarda davam edir.

Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.

Azvision.az


Teqlər: İzmir   Zəlzələ  





Xəbər lenti