“Toyota” ilə vurulan qadın hadisə yerində öldü

  31 Oktyabr 2020    Oxunub : 1739
“Toyota” ilə vurulan qadın hadisə yerində öldü
Oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN