Balakəndə ağır qəza, ölən və yaralılar var

  29 Oktyabr 2020    Oxunub : 1405
Balakəndə ağır qəza, ölən və yaralılar var
Balakəndə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində rayonun Katex kəndi ərazisində kənd sakini Y.Nəbiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə avtomobildəki sərnişin Tofiq Mikanayev hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN