“Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır” - Hikmət Hacıyev

“Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır” -  Hikmət Hacıyev
  16 Oktyabr 2020    Oxunub:3676
Ermənistan Naxçıvanın Ordubad bölgəsinə raket hücumu etdi. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter"də yazıb.

"Hərbi əməliyyatlar teatrının xaricində Azərbaycan şəhərlərinə raket zərbələri endirilir. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür", - H.Hacıyev qeyd edib.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti