Rusiyada gündəlik yoluxma sayı 15 mini keçdi

Rusiyada gündəlik yoluxma sayı 15 mini keçdi
  16 Oktyabr 2020    Oxunub:2263
Rusiyada son sutka ərzində 15 150 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla ölkədə ümumi yoluxma sayı 1 369 313 nəfərə yüksəlib.

Rusiyada bir gündə 232 pasiyent vəfat edib. İndiyədək virusdan ölənlərin sayı 23 723 nəfərə çatıb. Koronavirusdan sağalanların ümumi sayı isə 1 056 582 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti