Brüsseldə Qarabağ müzakirə ediləcək

  Brüsseldə Qarabağ müzakirə ediləcək
  09 Oktyabr 2020    Oxunub:1942
Avropa İttifaqına üzv 27 ölkənin Xarici İşlər nazirləri, Moskvada Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin planlaşdırılan görüşünün nəticələrini nəzərə alaraq, oktyabrın 12-də keçiriləcək iclasında Dağlıq Qarabağdakı münaqişəni müzakirə edəcəklər.
Azvision.az xəbər verir ki, bunu yüksək rütbəli Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə açıqlayıb.

"Görünür, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada danışıqlar aparacaq. Görüşün nəticələrinə baxacağıq və bazar ertəsi günü Aİ-nin münaqişənin həllinə necə töhfə verə biləcəyini müzakirə edəcəyik" deyə, o bildirib.

Azvision.az



Teqlər:   Qarabağ  





Xəbər lenti