Çexiyada yoluxma sayı kəskin artdı

   Çexiyada yoluxma sayı kəskin artdı
  09 Sentyabr 2020    Oxunub:2200
Çex Respublikasında epidemiyanın başlanğıcından bəri ilk dəfə olaraq son sutkada koronavirusa 1100-dən çox yeni yoluxma qeydə alınıb. Bu da ölkədə virusun yayılmasının əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, son bir gündə koronavirus infeksiyasına yoluxan xəstələrin sayı 1164 nəfər olub. Halbuki, ötən gün bu rəqəm 563 nəfər idi.

İndiyədək ölkədə ümumilikdə 29 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 027 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib. Hazırda 9272 nəfər koronovirus daşıyıcısıdır.

Bundan başqa, 234 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 62 nəfərin vəziyyəti ağırdır.

Azvision.az


Teqlər: Çexiya   Koronavirus  





Xəbər lenti