Paytaxtda minik avtomobili yandı

Paytaxtda minik avtomobili yandı
  22 Yanvar 2014    Oxunub:973
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda sahibi məlum olmayan "VAZ" markalı minik avtomobilin hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Teqlər:





Xəbər lenti