Davosda sammitqabağı otel savaşı

Davosda sammitqabağı otel savaşı
  20 Yanvar 2014    Oxunub:1324
AzVision.az virtualaz.org - a istinadən xəbər verir ki, İsveçrədə nəşr edilən “Sonntags Zeitung” qəzetinin yazdığına görə, hər il olduğu kimi bu il də Davosdakı otellər dünyanın hər yerindən gələn yüksək rütbəli qonaqları qəbul etmək üçün bir-birləri ilə yarışırlar. Bir neçə həftə əvvəl açılan “İnterContinental Credit Suisse” Davosda ən dəbdəbəli və təbii ki, ən bahalı otel hesab olunur. Lakin bu il bir-birinin ardınca açılan yeni otellər də onunla ciddi rəqabətə girib.

Qəzet yazır ki, buna baxmayaraq Davosdakı otellərdən ABŞ dövlət katibi Con Kerrini ancaq biri qonaq edə biləcək. Eləcə də son 10 ildə ilk dəfə Davos forumuna qatılacaq İran prezidentinin qala biləcəyi tək otel var.

Məlum olub ki, ABŞ dövlət katibi Con Kerri “Grand Hotel”də qalacaq. Artıq 10 günə yaxındır ki, onlarla təhlüksizlik əməkdaşı otelin pilləkənləri ilə aşağı-yuxarı qalxır, hər şeyi yoxlayırlar. Həmçinin Britaniyanın indiki baş naziri Devid Kemeron, keçmiş baş naziri Toni Bleyer, “Microsoft” prezidenti Bill Geyts və digər nüfuzlu qonaqlar da bu oteli seçiblər.

İran nümayəndə heyətinin hansı oteldə qalacağı isə hələ məlum deyil. Ən azından iranlıların 4 ulduzlu “Seehof” otelində qalmayacaqları dəqiqdir. Çünki bu oteldə İsrail nümayəndə heyəti qalacaq. İsraildə büdcəyə qənaət etmək üçün hökumət sərt tədbirlər gördüyündən Davos forumuna qatılacaq nümayəndə heyəti nisbətən ucuz oteldə yer sifariş verib.

Davosda yeni istifadəyə verilən otellərdən biri də 5 ulduzlu “Flüela Rixos”dur. Türkiyənin “Rixos” otellər şəbəkəsinə daxil olan bu oteldə son tamamlama işləri gedir. Baxmayaraq ki, Davos forumunun açılışına bir neçə gün qalıb. “Biz Davosda ən dəbdəbəli otel olmaq istəyirik” deyə “Rixos” qrupunun inkişaf üzrə meneceri Gökhan Sarper deyir. Bu otelin qonaqları arasında təbii ki, Türkiyənin xarici işlər naziri olacaq. Azərbaycan prezidenti İlham Əliyev də bu otelin qonaqları arasındadır.

Qeyd edək ki, rəsmi məlumat verilməsə də İlham Əliyevin yanvarın 22-dən 25-dək İsveçrədə keçiriləcək Ümumdünya Davos İqtisadi Forumunda iştirakı gözlənilir.


Teqlər:  





Xəbər lenti