Peşə Tədris Mərkəzinin adı dəyişdirildi - QƏRAR

Peşə Tədris Mərkəzinin adı dəyişdirildi -    QƏRAR
  18 İyul 2020    Oxunub:6602
Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Azvision.az xəbər verir ki, dəyişikliklə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adındakı “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilib.

Eyni zamanda, qərarın II hissəsi yeni redaksiyada verilib:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir”

Azvision.az



Teqlər: Təhsil   Qərar  





Xəbər lenti