Əhalinin gəlirləri artıb - RƏSMİ

  16 İyul 2020    Oxunub : 2140
 Əhalinin gəlirləri artıb -  RƏSMİ
2020-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27377,8 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 2,4 faiz bəndi üstələyib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24706,9 milyon manatlıq vəsait qalıb.

Azvision.az

Teqlər: Gəlir