Yeniyetmələr arasında sərbəst güləş üzrə Beynəlxalq turnir başladı

  18 Yanvar 2014    Oxunub : 603
Yeniyetmələr arasında sərbəst güləş üzrə Beynəlxalq turnir başladı
Bakıda yeniyetmələr arasında sərbəst güləş üzrə 17-ci Beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirildi.

Yanvarın 18-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmələr arasında sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 17-ci Beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edərək yarışın əhəmiyyətinə diqqət çəkərək pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışdılar.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir konsert proqramı ilə davam edib.
Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də birincilik uğrunda mübarizə aparırlar.

Teqlər: