Birlikdən
Azvision.az -a verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 min 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, iyulun 1-nə “Azəriqaz” İstehsalat Birliyində ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olub. 881 min 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.
Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5000 kubmetr həcmində limit ayrılıb.
Azvision.az