“Sabah” Saşa ilə müqaviləni yenilədi

“Sabah” Saşa ilə müqaviləni yenilədi
  27 İyun 2020    Oxunub:4777
Bakının “Sabah” klubu qapıçı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə cari mövsümün sonunda bitən müqavilənin müddəti bir illik uzadılıb.

Qeyd edək ki, 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper oyun sayına görə klubun rekordçusudur. Saşa “Sabah”da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.

Azvision.az


Teqlər: Sabah   Klub  





Xəbər lenti