“Qarabağ” qapalı mərasimdə mükafatlandırılacaq

“Qarabağ” qapalı mərasimdə mükafatlandırılacaq
  20 İyun 2020    Oxunub:2986
2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubuna çempionluq kuboku və qızıl medalların bu gün "Azersun Arena"da təqdim olunacağını xəbər vermişdik.
Azvision.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının məlumatında bildirilib.

Qeyd olunub ki, tədbirin vaxtında və planında müəyyən dəyişiklik edilib. Belə ki, tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi 20:50-də deyil, 19:00-da keçiriləcək. Tədbir canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

Medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq.

Azvision.az


Teqlər: Qarabağ   Klub  





Xəbər lenti