Şəhriyar Məmmədyarov beynəlxalq turnirin qalibi oldu

Şəhriyar Məmmədyarov beynəlxalq turnirin qalibi oldu
  14 İyun 2020    Oxunub:6548
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə onlayn beynəlxalq turnirinin qalibi olub.
Azvision.az xəbər verir ki, polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikrişna (Hindistan) ilə heç-heçə edən şahmatçımız, son iki turda misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb.

Yekun nəticədə 7,5 xal toplayan Şəhriyar Məmmədyarov turnirin qalibi olub.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti